“Dəli Domrul” Təbriz səhnəsində

post-img

Təbrizin Naci Teatrında “Dədə Qorqud” dastanının motivləri əsasında hazırlanmış “Dəli Domrul” tamaşasında insanın ölüm, ölməzlik, məhəbbət və tale-qismət ilə bağlı tarixi düşüncələri çağdaş anlamda gündəmə gətirilib.

Tamaşanın müəllifi Şahin Muradi, quruluşçu rejissoru Salar Quluzadə, prodüseri Əşkan Əziz Məhəmmədi, xoreoqrafı isə Sina Rəsulidir. Şahin Murad yeni tamaşa barədə deyib: “Dəli Domrul əfsanəsi ölüm qorxusu, həqiqi sevgi, Tanrının insanların həyatında və ölümündə rolu kimi fəlsəfi mətləblərdən bəhs edir, eyni zamanda bu dastan Azərbaycan xalqının inanc və mədəniyyətinin əksidir”.  

Məşqlər ötən ilin noyabrından başlanıb və nəhayət, baxımlı, düşündürücü tamaşa ərsəyə gətirilib. Obrazları aktyorlar  Məhəmmədrza Əbbasi (Domrul), Kiyarəş Kərimi (Əzrayıl), Şəqayiq Nəsiri (Domrulun həyat yoldaşı), Mitra Şaddamən (Domrulun anası), Sina Rəsuli (Gənc oğlan), Soheyl Əfsayi (Domrulun atası), Şükufə Əsədi, Diyana Pəhləvan canlandırırlar.    

“Dəli Domrulun ilk tamaşası bu həftənin sonunda təbrizli sənətsevərlərə təqdim ediləcək.   

XQ

 

Mədəniyyət