Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində bu il daha 110 uşaq müəssisələrdən ailələrinə təhvil verilib.
Agentlikdən XQ-yə bildirilib ki, ailələrinə qaytarılan uşaqların yenidən həmin müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə həssas kateqoriyadan olanlar, onların ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işlərinə başlanılıb. Həyata keçirilən tədbirlər nəticəsində bu il 174 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.
Ləman TƏHMƏZ
XQ