Salnamələşən Qarabağ Zəfəri

post-img

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 26 İyun Silahlı Qüvvələr Günü ilə əlaqədar virtual və ənənəvi sərgi, videoçarx, eləcə də “Qalib və müzəffər Azərbaycan ordusu” adlı daycest hazırlanıb.

Videomaterialda Silahlı Qüvvələr Gününün keçdiyi tarix yolu, bu günün əhəmiyyəti haqda məlumat verilir. Ulu öndər Heydər Əliyevin Azərbaycan ordusunun inkişafındakı rolunu əks etdirən maraqlı məlumatlarla yanaşı, Vətən müharibəsində Böyük Zəfərə imza atmış igid hərbçilərimizin görüntüləri də yer alır.

Təqdim olunan dövri mətbuat məqalələrinin biblioqrafik təsvirini, annotasiyasını və keçid linkinı özündə cəmləyən daycestin hazırlanmasında əsas məqsəd geniş istifadəçi kütləsini müzəffər Azərbaycan Ordusu haqqında dərc olunmuş materiallarla tanış etməkdən ibarətdir. Kitabxananın rəsmi saytında yerləşdirilmiş vəsaitdə bir sıra rəsmi sənədlərin və 
“Heydər Əliyevin qətiyyəti, cəsarəti və siyasi iradəsi ilə qurulan ordu” adlı məqalənin tam mətni təqdim edilir. Əsasən 2021–2025-ci illəri əhatə edən məqalələr toplusu vəsaitdə illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilib.

“26 İyun – Silahlı Qüvvələr Günü” adlı ənənəvi kitab sərgisində isə Silahlı Qüvvələr Gününün tarixini, əhəmiyyətini əks etdirən nəşrlər və kitabxana əməkdaşları tərəfindən hazırlanmış vəsait sərgilənməkdədir. 

Videomaterial kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/qalib-azerbaycan-ordusu yerləşdirilib.

XQ 

 

Mədəniyyət