Əl əməyi, xalq sənəti mövzusunda seminar

post-img

Bakıda Gənclər Təşkilatları Milli Şurasının konfrans salonunda “Əl əməyi yaradıcılığının inkişafı mövzusunda seminar təşkil olunub. Seminar Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi çərçivəsində maliyyəşən “Milli Fikir və İnkişaf” İctimai Birliyininin “Milli mədəniyyətimizin təbliğində əl əməyi yaradıcılığının rolu və inkişafı” layihəsi əsasında həyata keçirilib.

Seminarı giriş sözü ilə açan “Milli Fikir və İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rizvan Fikrətoğlu layihənin əhəmiyyətindən, yaradıcı sənayelərin inkişaf yolundan və əl əməyi, xalq sənəti yaradılığının yaşadılmasının vacibliyindən söhbət açdı. Təşkilatın təmsilçisi qeyd etdi ki, gənclərin milli mədəniyyətimizin inkişafında və təbliğində indiki və gələcək iştirakında əsas amillərdən biri əl əməyi yaradılıcığına diqqət ayırmaları, bu sənəti sevmələri, onu qorumalarıdır. Xüsusilə sənətkarlıq sahəsini seçən gənclərin əl əməyi, xalq sənəti yaradılığına meyillənmələrinin vacibliyi vurğulandı. 

Bundan sonra çıxış edən rəssam Lalə Hüseynova əl əməyinin rəssamıq nümunələrinin zəhmətlə ərsəyə gələn əl əməyi yaradılığına daxil olan sənət növü olduğunu vurğuladı və bildirdi ki, Azərbaycanda bu sənətə diqqət Avropayla müqayisədə xeyli geri qalır. Baxmayaraq ki, yetərincə istedadlı insanlarımız, rəssam və heykəltəraşlarımız mövcuddur. 

Tədbirdə çıxış edən “Gənclərin Töhfəsi” İctimai Birliyinin İdarə Heyətinin üzvü Şahin Əliyev çıxış edərək bu gün bu sahə Azərbaycan milli mədəniyyətini təmsil edən mühüm sahələrdən biridir. Xüsusilə xarici turistlər Bakını, ölkəmizi tanımaq üçün əl əməyi yaradılığı olan məhsullara daha çox diqqət ayırırlar.

Seminar gənclərin sual və cavabları ilə yekunlaşıb.

XQ

Mədəniyyət