Dünən Cəlil Məmmədquluzadənin Ev-muzeyində “Mirzə Cəlil dünyası” adlı elmi-praktik konfrans keçiridi. Tədbirdə böyük ədibin zəngin yaradıcılığını tədqiq edən tanınmış filoloq alimlər, pedaqoq və tələbələr iştirak etdilər.
Konfransı muzeyin direktoru vəzifəsini icra edən Yeganə Məmmədova açaraq dedi ki, Cəlil Məmmədquluzadənin zəngin ədəbi irsi xalqımızın mədəniyyətinin inkişafında mühüm yer tutur. Əlamətdar haldır ki, Mirzə Cəlil yaradıcılığı öz aktuallığını bu gün də qoruyub saxlayır.
Konfransada çıxış edən filologiya elmləri doktorları, tanınmış professorlar Təyyar Salamoğlu, Rüstəm Kamal, Allahverdi Məmmədli, Gülbəniz Babayeva, BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Məti Osmanoğlu və başqaları Cəlil Məmmədquluzadə yaradıcılığının ayrı-ayrı sahələrinin öyrənilməsi istiqamətində son dövrdə aparılan elmi araşdırmalardan söz açdılar.
XQ