Türk Mədəniyyəti və İrsi Fondu ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi Türk Mədəniyyəti və İrsi Fondu adından təşkilatın rəhbəri Aktotı Raimkulova, Dünya Gənc Türk Yazarlar Birliyi adından isə qurumun sədri İntiqam Yaşar imzalayıblar.
İntiqam Yaşar "XQ"yə bildirib ki, bu mühüm addım, Türk dünyası arasında mədəni əlaqələrin gücləndirilməsi və gənc yazarların birgə fəaliyyətini inkişaf etdirmək məqsədini daşıyır. Sənəd iki qurumun ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində əməkdaşlıq etməsinə, həmçinin Türk mədəni irsinin qorunmasına və tanıdılmasına dəstək verəcək.
Rizvan FİKRƏTOĞLU
XQ