ABŞ-ın sabiq prezidenti Cozef Bayden administrasiyası siyasi səbəblərə görə Beynəlxalq Kosmik Stansiyanı (BKS) tərk edə bilməyən astronavtları geri qaytarmaqdan imtina edib.
AZƏRTAC xəbər verir ki, bunu “SpaceX” kompaniyasının sahibi İlon Mask “Fox News” telekanalına müsahibəsində deyib.
“Astronavtlar BKS-də cəmi səkkiz gün qalmalı idilər, lakin onlar demək olar ki, 10 ay stansiyanı tərk edə bilmədilər. “SpaceX” astronavtları ən gec bir neçə ay ərzində geri qaytara bilərdi. Biz Bayden administrasiyasına onları qaytarmağı təklif etsək də, Ağ ev bunu siyasi səbəblərə görə rədd etdi”, - deyə İlon Mask bildirib.
Bir müddət öncə ABŞ Prezidenti Donald Tramp da sələfinin BKS-də qalan amerikalı astronavtların taleyi ilə məşğul olmaq istəmədiyini bildirmişdi.
Qeyd edək ki, 2024-cü il iyunun 5-də “Boeing Starliner” kosmik gəmisi ilə BKS-ə gələn heyətin iyunun 14-də Yerə qaytarılması planlaşdırılırdı. Sonradan kosmik gəmidə baş verən nasazlıqla əlaqədar geri dönüş tarixləri əvvəlcə iyunun 18-nə, sonra iyunun 26-na, daha sonra isə qeyri-müəyyən müddətə dəyişdirildi. Nəhayət, 2025-ci il martın 19-da “SpaceX” şirkətinin “Crew Dragon” kosmik gəmisi NASA astronavtlarını Yerə qayıtmağa müvəffəq oldu.