Avstraliyanın Melburn şəhərində keçirilən “Global Ethnic Dance Festival of Victoria” rəqs festivalında soydaşlarımız ölkəmizi, milli mədəniyyətimizi təmsil edib.
Reza Xodayari, Məhsa Qənbəri və “AZSA” rəqs qrupunun ifasında “Uzundərə” rəqsi böyük rəğbətlə qarşılanıb.
Festivalda Türkiyə, Rusiya, Malayziya, Sinqapur, Makedoniya, Nepal, Hindistan, Çin, Albaniya, Boliviya, Uqanda, Kiribati və digər ölkələrin nümayəndələri də çıxış ediblər.
Tədbirə Avstraliya İttifaqın Multikulturalizm naziri İngrid Stitt (İnqrid Stit), millət vəkilləri Lee Tarlamis (Li Tarlamis), Belinda Wilson (Belinda Vilson), Meng Heang Tak (Menq Hinq Tak), Eden Foster (İden Foster) və digər rəsmi qonaqlar qatılıb.
Sonda iştirakçılar sertifikatlarla təltif olunublar.