Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının açılış konserti olub

post-img

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının açılış konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının ideya müəllifi və bədii rəhbəri, Əməkdar artisti Ramil Qasımov çıxış edərək tamaşaçıları bu festivalla bağlı məlumatlandırıb və onlara öz təşəkkürünü bildirib.

Daha sonra Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının (baletmeyster Sənan Cavadov) müşayiətilə F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət mahnı və rəqs ansamblı (baletmeyster Əməkdar artist Ceyhun Qubadov) və solistlər - Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist Sevinc Sarıyeva, Samir Məmmədov, Xəyal Əliyev, Sahil Quliyev (tar), Zəminə Mustafayeva, Azər Verdiyev, Şirxan Cahangirov, Anar Quliyev, Rövşən Məmmədov, Mehparə Cəfərova dinləyicilər qarşısında çıxış ediblər.

Konsertdə Azərbaycan bəstəkar, xalq mahnı və rəqsləri səsləndirilib.























Mədəniyyət