“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında öz əksini tapmış layihələr, habelə investisiya layihələri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra işlər həyata keçirilir.
Həyata keçirilən tədbirlərin davamı olaraq “Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi bina bərpa ediləcək. Bununla bağlı artıq satınalma elan olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu (investisya xərcləri) çərçivəsində “Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması və əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması” məqsədilə satınalma keçirilmiş və layihə smeta sənədləri qanunauyğun olaraq ekspertizadan keçirilmişdir. Təsdiq edilmiş layihəyə uyğun olaraq satınalma keçirilir. Satınalma yekunlaşdıqdan sonra bərpa işlərinə başlanılacaq.
Məlumat üçün qeyd edək ki, bərpa işlərinin iki il müddətinə tamamlanması nəzərdə tutulur.
XQ