Egey Universitetinin professoru Bakıda seminar keçirib

post-img

Türkiyənin Egey Universitetinin  professoru və “Yeni Gün” qəzetinin köşə yazarı Çiler Çilingiroğlu Xəzər Univeristetinin dəvəti ilə Bakıda olub və “Anadolunun neolitləşməsi” adlı elmi seminar keçirib.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda keçirilən seminarda institutun direktoru Fərhad Quliyev, Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları, Xəzər Univeristetinin Tarix və arxeologiya departamentinin müəllimləri Yaqub Məmmədov və Ülviyyə Səfərova iştirak ediblər.

Professor Çiler Çilingiroğlu  mühazirəsində Anadolu yarımadasındakı arxeoloji mədəniyyətlərin yerləşdiyi ərazinin  landşaft, qədim dövrdəki ekoloji mühit və xronoloji ardıcıllığa görə fərqli xüsusiyyətlərindən bəhs edib. Təqribən e.ə. IX minilliyə aid Göbəklitəpə, e.ə. 8-ci minilliyin ikinci yarısına - erkən keramik neolit dövrünə aid Çatalhöyük abidəsində aparılan tədqiqatların son nəticələri barədə məlumat verib.

Seminar  müzakirə formatında davam etdirilib.

XQ





Mədəniyyət