Lənkəran Dövlət Dram Teatrında “Azərbaycan mədəniyyəti Heydər Əliyev işığında – “Kimlər gəldi, kimlər getdi...” layihəsi çərçivəsində tanınmış aktyor, Əməkdar artist Adil Zeynalovun xatirə gecəsi keçirilib.
Əvvəlcə teatrın foyesində mərhum sənətçinin həyat və səhnə fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət xatirə sərgisinə baxılıb. Sonra gecənin aparıcısı – Lənkəran Dövlət Dram Teatrının aktrisası Gülər Kərimova, tədbirin ideya müəllifləri – Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, teatrın direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Dağıstanın Əməkdar artisti Laləzər Hüseynova, GİKM-in Lənkəran–Astara regional nümayəndəliyinin rəhbəri Famil Məmmədov, gecənin ssenari müəllifi və rejissoru Cəfər Fətullayev, AYB Lənkəran bölməsinin sədri, yazıçı Qafar Cəfərli, mərhumun sənət dostları – Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Qabil Quliyev, eləcə də Sücəddin Mirzəyev, Əliyar Hüseynov, Saleh Əzimzadə, müğənni Zaur Babayev və başqaları çıxış edərək Adil Zeynalovun zəngin yaradıcılıq yolu, sənətə verdiyi töhfələr haqqında danışıblar.
Mərhum yubilyarın oğlu Kamran Zeynallı gecənin təşkilatçıları və iştirakçılarına minnətdarlığını bildirib.
Bundan əlavə, gecədə aktyorun həyat və yaradıcılığını əks etdirən videoroliklər nümayiş olunub, mahnı və şeir ifalarına yer verilib.
XQ