Misirin Britaniya Universitetində Mədəniyyət günü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə 20 ölkə öz stendləri ilə təmsil olunub.
Tədbirin açılışında bayraqların paradı keçirilib. Daha sonra ölkələrin stendləri ilə tanışlıq olub. Azərbaycan səfirliyinin təşəbbüsü və iştirakı ilə təşkil olunmuş stenddə ölkəmizin tarixi və mədəniyyətinə, Qarabağa dair nəşrlər, eləcə də milli suvenirlər və şirniyyatlar təqdim olunub. Tədbirin sonunda nəşrlər və suvenirlər hədiyyə edilib. Qonaqlar milli şirniyyatlarımızın dadına baxıblar.
Qeyd edilməlidir ki, Misirin Britaniya Universiteti ölkənin tanınmış özəl universitetidir. Burada Misirdən və bir çox başqa ölkələrdən 12 min tələbə təhsil alır. Ötən il universitetdə Azərbaycan səfirliyinin dəstəyi ilə Şuşa ilinə həsr olunmuş konsert təşkil olunub.