Münxen şəhərində azərbaycanlı rejissor Rüfət Əsədovun “Mənim dostum Meir” sənədli filminin təqdimatı keçirilib.
Avropa Yanuş Korçak Akademiyasının dəvəti ilə baş tutan tədbirdə Münxendə yaşayan Azərbaycan və yəhudi diasporlarının fəalları, mədəniyyət xadimləri iştirak ediblər.
Təqdimatdan əvvəl rejissor Rüfət Əsədov tamaşaçılarla görüşüb və filmdə ölkəmizdə yaşayan dağ yəhudilərinin doğulub boya-başa çatdıqları Azərbaycana sonsuz məhəbbətlərinin, Vətənə bağlılıqlarının tərənnüm olunduğunu vurğulayıb. O, həmçinin, ekran əsərinin dağ yəhudilərinin Azərbaycanda qorunub saxlanılan adət-ənənələrindən və milli-mənəvi dəyərlərindən bəhs etdiyini bildirib.
Qeyd olunub ki, film Azərbaycan ilə İsrail kinematoqrafçılarının birgə işidir.
Ekran əsəri böyük maraqla qarşılanıb.
XQ