Almaniyada soydaşımızın konserti baş tutub

post-img

Almaniyada yaşayan soydaşımız, bəstəkar, pianoçu, fleytaçı və müğənni Seyran İsmayılxanovun Hamburq şəhərində “Bədən-Ağıl-Ruh” (“Body-Mind-Soul”) adlı konserti keçirilib.

Məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi verib. 

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə keçirilən konsertdə dünyanın müxtəlif ölkələrindən gələn musiqisevərlər iştirak edib.

Seyran İsmayılxanovu səhnədə Anna Qold (skripka), Jola Şkodrani (violonçel) və Derya Kaptan (rəqs) müşayiət ediblər.

P.ƏMİRCANOV
XQ

Mədəniyyət