Borçalıdakı soydaşlarımızdan ibarət “Meydan” Aşıqlar Qrupu bu ölkənin paytaxtında keçirilən Uşaq və Gənclər Etnoqrafik Ansamblları Festivalında təmsil olunub.
Müxtəlif xalqların xor və orkestrləri ilə yanaşı səhnəyə çıxan “Meydan”çılar aşıq sənəti nümunələrini məharətlə ifa ediblər. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev tədbirin təşkilinə görə Tbilisi şəhər Bələdiyyə Məclisinə təşəkkürünü bildirib. Onun sözlərinə görə, Gürcüstanın çoxkonfessiyalı ölkə olaraq tədbir iştirakçılarına mədəniyyətlərinin yaşadılması və tərənnümü üçün şərait yaratması razılıq doğurub. Azərbaycan və Gürcüstan arasında mədəniyyət sahəsindəki əməkdaşlıq münasibətlərindən də bəhs edən səfir tədbir iştirakçılarına bu yöndə həyata keçirilmiş birgə layihə və təşəbbüslər barədə məlumat verib.
Festivalın sonunda təltifetmə mərasimi olub. Əsas mükafatlardan biri “Meydan” Aşıqlar Qrupunun rəhbəri, tanınmış saz ifaçısı Nargilə Mehdiyevaya təqdim edilib.
XQ