Professor Bəkir Çobanzadənin elmi əsərləri “Tiltutka” adı ilə nəşr olunub

post-img

Beynəlxalq Türk Akademiyası görkəmli türkoloq, müasir dilçilik və ədəbiyyat sahəsinin aparıcı simalarından olan professor Bəkir Çobanzadənin (1893-1937) bir sıra elmi əsərlərini qazax dilinə tərcümə edərək “Tiltutka” adı ilə nəşr etdirib.

Topluda türk dillərinin dialektologiyası, qardaş xalqların dil qohumluğu, ədəbiyyat tarixinin dövrləşdirilməsi, o cümlədən kumuk dilinin digər türk dilləri arasında yeri, Azərbaycan dilinin mənşəyi və xüsusiyyətləri kimi mövzularda araşdırmalar yer alıb. 

Qeyd etmək lazımdır ki, Bəkir Çobanzadənin elmi irsi qazax dilində müstəqil toplu kimi ilk dəfə nəşr olunur. Kitab dilçilik və türkologiya sahəsində çalışan alim və tədqiqatçılar üçün dəyərli mənbədir.

 

Mədəniyyət