“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Malayziyadan görünən Şuşa” adlı layihə həyata keçirib.
İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar həyata keçirilən layihə çərçivəsində bu ilin iyun ayında Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Şuşa mədəniyyəti günləri təşkil olunub. Azərbaycan rəssamlarının Qarabağ və Şuşa mövzusunda çəkdiyi rəsmlərdən ibarət sərgi keçirilib, Şuşanın tarixi barədə bədii-sənədli film nümayiş olunub, eyni zamanda, Qarabağ musiqisinin sədaları altında Şuşa mətbəxinin nümunələri təqdim edilib.
Bu barədə Nizami Kino Mərkəzində filmin təqdimatına, həmçinin “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin yaradılmasının 20 illiyinə həsr olunmuş mərasimdə İB-nin sədri Şəhla Nağıyeva məlumat verib.
Sonra Kuala Lumpurda keçirilən tədbirlər haqqında hazırlanan “Malayziyadan görünən Şuşa” adlı sənədli filmi təqdim edilib.
XQ