Azərbaycan Rusiya Federasiyasının Ufa şəhərində keçirilən MDB-yə üzv ölkələrin yaradıcı və elmi ziyalılarının XVII Forumunda təmsil olunub.
AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna istinadla xəbər verir ki, 2006-cı ildən MDB-nin müxtəlif ölkələrində keçirilən beynəlxalq tədbir 2025-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı seçilmiş Laçında təşkil olunacaq.
MDB-yə üzv ölkələrin yaradıcı və elmi ziyalılarının XVII Forumu çərçivəsində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya elmləri namizədi Şəfa Əliyeva “Azərbaycan incəsənətində və ənənəvi mədəniyyətində innovasiyalar” mövzusunda mühazirə deyib.
Böyük maraqla dinlənilən çıxışdan sonra Ş.Əliyeva tədbir iştirakçılarının suallarını cavablandırıb.