“Ginnesin rekordlar kitabı” dünyada ən məşhur qaynaqlardan nəşrlərdən sayılır. Ötən il bu nəşr 100 milyondan artıq tirajla satılıb.
Oraya bir neçə azərbaycanlı da düşə bilib. İlk düşən isə Fəxrəddin Vəliyev olub. Belçikada yaşayan rəssam həyatının 25 ilini qrafika sənətinə həsr edib. Fəxrəddin Vəliyev Sumqayıtda boya-başa çatıb. Həmyerlimiz 1992–1995-ci illərdə Afinada və İstanbulda fərdi sərgilər təşkil edib, 2003-cü ilin dekabrında “Belqium” muzeyində Belçika kraliçasının rəsmini çəkib. Kraliça isə ona məktub vasitəsilə təşəkkürünü bildirib. Qeyri-adi qabiliyyəti olan rəssam 2004-cü ildə 5 dəqiqəyə 20 nəfərin siluetini çəkməklə rekord qazanıb.
Fəxrəddin Vəliyev Azərbaycanın Belçikada tanınması üçün də xeyli işlər görüb. O, hazırda bu ölkədəki Avropa–Azərbaycan diaspor mərkəzinin vitse-prezidentidir.
Ə.ƏLİYEV
XQ