Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü” adlı sərgi istifadəçilərə təqdim olunub

post-img

Milli Kitabxanada “26 avqust - Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgi istifadəçilərə təqdim olunub.

Kitabxanadan  bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş edilir.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan Azərbaycan muğamı və musiqisi mövzusunda ədəbiyyatlar, musiqi albomları və s. materiallar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.





Mədəniyyət