Laçın sakini: Birinci sinfə ilk dəfə qədəm qoyduğum məktəbə müəllim kimi qayıtdığım üçün xoşbəxtəm

post-img

Birinci sinfə ilk dəfə qədəm qoyduğum məktəbə bu gün müəllim kimi qayıtdığım üçün özümü çox xoşbəxt hiss edirəm.

Bunu AZƏRTAC-a açıqlamasında Laçın şəhər 2 nömrəli tam orta məktəbin Təşkilat işləri üzrə direktor müavini Rüxsarə Nəsibzadə söyləyib.

“Məktəbimiz mənim üçün doğma və əzizdir. Bunun səbəbi bu məktəbə ilk dəfə şagird kimi qədəm qoymağımdır. Bu məktəbdə mənim üç övladım təhsil alır. Bundan daha sevincli an ola bilməz. Laçında artıq 2 məktəb fəaliyyət göstərir. Laçın sakini kimi özümüzü çox xoşbəxt hiss edirik”, - deyə R.Nəsibzadə qeyd edib.

Sosial həyat