DİM rəhbəri: Qarabağ Universitetinə qəbul olanların 16.4 faizi Bakı şəhər sakinləridir

post-img

Ali təhsil müəssisələrinə ixtisas seçimi müsabiqəsinin nəticələrinə əsasən, Qarabağ Universitetinə 1103 tələbə qəbul olub.

Bunu avqustun 26-da keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə söyləyib.

DİM rəhbəri bildirib ki, qəbul olanların 16.4 faizi Bakı şəhər sakinləridir. Bakıda yaşayan gənclər Qarabağ Universitetini seçərək orada təhsil almağı üstün tutublar. Qəbul olanların 3.81 faizi Naxçıvandan, 6.80 faizi Sumqayıt şəhəri, Abşeron, Xızı, Şamaxı və Qobustan bölgələrindəndir. Tələblərin 22.67 faizi Mingəçevir, Naftalan, Yevlax, Şuşa, Xocalı, Xocavənd, Goranboy, Kəlbəcər, Bərdə, Ağcabədi, Ağdam, Tərtər bölgələrindəndir. Bu da təbiidir, çünki onlar artıq orada yaşayırlar. Qəbul olanların 16.77 faizi Gəncə şəhəri, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz bölgələrindən, 8.61 faizi Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz bölgələrindən, 3.54 faizi Göyçay, Ucar, Kürdəmir, Zərdab, Ağdaş, İsmayıllı, Ağsu bölgələrindən, 6.71 faizi İmişli, Cəbrayıl, Qubadlı, Füzuli, Beyləqan, Laçın, Zəngilan bölgələrindəndir. Tələbələrin 7.43 faizi Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı bölgələrindən, 4.90 faizi Lənkəran şəhəri, Astara, Lerik, Yardımlı, Cəlilabad, Masallı bölgələrindən, 2.63 faizi Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən bölgələrindən olan tələbələrdir.

Elm