Zərdüşt Şəfizadənin hekayəsi ərəb portallarında

post-img

Əlcəzairin populyar “Alharir.info”, Küveytin “Fikr hur”, İraqın “Fikr hur”, Misirin “Navadir əl-Ərəb əl-Cəmilə”, Mərakeşin “Xəbər əl-Yaum” xəbər, mədəniyyət portalları və feysbuk səhifələri Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Zərdüşt Şəfizadənin ərəb dilinə tərcümə olunmuş “Sonuncu çiçək dükanı” hekayəsinin yayımına başlayıb.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin ərəb dilinə tərcümə müəllifi ərəb dili mütəxəssisi Fərid Camalovdur.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən portallar mütəmadi olaraq səhifələrində Stiven Ceyms Kennet, Corc Oruell, Yusteyn Qorder, David Cozef Şvarts, Stiven Kovi, Robert Toru Kiyosaki kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

Mədəniyyət