Sahib Məmmədov: AHİK-in fəaliyyətinin daha səmərəli təşkili istiqamətində müvafiq addımlar atılacaq

post-img

Ölkənin ictimai-siyasi həyatında mühüm yer tutan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) kifayət qədər nüfuza malikdir. Qurum öz işini müasir qlobal çağırışlara uyğun olaraq qurur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yeni sədri Sahib Məmmədov qurumun avqustun 26-da keçirilən növbədənkənar VII qurultayında səsləndirib.

Ona göstərilən etimada görə təşəkkürünü bildirən S.Məmmədov qeyd edib: “AHİK-in fəaliyyətinin daha səmərəli təşkili istiqamətində müvafiq addımlar atılacaq, kadr siyasətinin yaxşılaşdırılması, işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi diqqətdə saxlanılacaq. Bundan başqa, şəhid ailələrinə, qazilərə, ümumiyyətlə, həssas təbəqədən olan insanlara diqqət və qayğı fəaliyyətimizin əsas istiqamətlərindən biri olacaq”.

Sosial həyat