Kamçatkada 5,7 ballıq zəlzələ olub

post-img

Kamçatkada 5,7 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə Baş İdarəsi avqustun 26-da rəsmi saytında məlumat yayıb. Xəbəri “İzvestiya.ru” verib.

Zəlzələnin Sakit okeanda baş verdiyi qeyd edilir. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təbii fəlakətin ocağı 54 km dərinlikdə yerləşib. Zəlzələnin maqnitudası 5,7 qiymətləndirilir. Zəlzələnin episentri Sakit okeanda, Petropavlovsk-Kamçatski şəhərindən 87 km cənub-şərqdə yerləşib.

İdarədən bildirilib ki, zəlzələ Yelizovo vilayətində, həmçinin Petropavlovsk-Kamçatsk və Vilyuçinsk şəhərləri ərazisində hiss olunub.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya