Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Çuvaşiya Respublikasının Çeboksarı şəhərində “Nağıllar karuseli” adlı V Beynəlxalq Kukla Teatrları Festivalında və “Biz hamımız eyni olmağa məcbur deyilik” adlı teatr-forumda ölkəmizi təmsil edib.
Xalq artisti Şirzad Abutalıbovun rəhbərlik etdiyi yaradıcı kollektiv festivalda dramaturq Vüqar Haqverdiyevin "Saçları səməni oğlan" tamaşasını nümayiş etdirib. Sənət biliciləri və beynəlmiləl tamaşaçı auditoriyası Naxçıvan truppasının çıxışını alqışlarla qarşılayıblar.
Avqustun 16–19-da keçirilən festival və teatr-forum Çuvaşiya tamaşaçılarında və başqa ölkələrdən olan iştirakçılarda Azərbaycanın kukla teatrı barədə yüksək təəssürat yaradıb.
S.HƏSƏNOV
XQ