Dünyanın ən məşhur sənət adamlarının qatıldığı Marsiak Caz Festivalı bu dəfə də dünyaşöhrətli caz ifaçılarını bir araya gətirib. 46-cı dəfə gerçəkləşən bu festivalda Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli qonaq qismində dəvət alıb.
Əməkdra artist festivalla bağlı təəssüratlarını bölüşüb.
-Həmişəki kimi, Marsiak Caz Festivalının proqramı zəngindir. Festival çərçivəsində amerikalı caz ustası, pianoçu, bəstəkar və pedaqoq Əhməd Camalın xatirəsinə həsr edilmiş konsertdən öncə, Areta Franklin Kollecinin şagirdləri ilə görüşdüm. Sonra gənc caz ifaçıları üçün ustad dərsləri keçdik. Builki festivalda məşhur pianoçu Əhməd Camalın xatirəsinin anılması, onun vəfatının ildönümünün qeyd edilməsi yaddaqalan anlardan olub. Ruhlandırıcı proqramla zəngin festival mahiyyət etibarı ilə bu dəfə də sərhədləri aşmaqəzmindədir.
Qeyd edək ki, Marsiak Caz Festivalı avqustun 4-dək davam edəcək.
C.ALIŞLI