Duyğuları coşduran Şuşa şeir məclisi

post-img

Vaqif Poeziya Günlərinin iştirakçılarının təəssüratlarını yazmazdan öncə onlarla söhbətlərimizdə Şuşanın toponimikasına dair bəzi şairanə yanaşmaları xatırladım. Biri dedi:

Məkan tutdisə Vaqif, yox əcəb,    

bu Şişə dağında,

Məqami ləli-gülrəngin 

miyani-səngi-xaradır

– söyləməklə şair məkanının çaxmaq daşının ortasında gülrəngli bir ləl olduğunu söyləyib. Bir başqası Qacara cavabında: “Məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daşın içərisində də salamat saxlayar”, – dediyini yada saldı. Şuşa – müxtəlif yozumlarda “şüşə”, “şiş” mənalarına gələrək,saflıq, aydınlıq, saflıq, zəriflik, ucalıq, qızıl-gümüş külçəsi, simli musiqi alətini ehtiva edir, deyən də oldu. Başqa fikirlər: Elə “Şüştər” muğamı da müəyyən mənada alicənablığa, sakit qürura, ucalığa aid ritmikadır. “Şuş” toponimi də var ki, hardasa mərkəz, müqəddəs məkan kimi anlaşılır. Sibirdə Yenisey hövzəsinin çaylarından biri Şuş adlanır. Bir sözlə,  bütün izahların Şuşaya sevgidən yoğrulduğu göz qabağında idi...

Nəhayət, şairlərimizin poeziya bayramı ilə bağlı təəssüratlarını təqdim edirik.

Vaqif Bəhmənli, Əməkdar mədəniyyət işçisi:

– Mədəniyyət paytaxtımız Şuşada Qarabağ Zəfərimizdən sonra bərpa edilən və 4-cü dəfə keçirilən Vaqif Poeziya ünlərinin təəssüratları zəngindir. Elə ünlər çərçivəsində təşkil olunan “Sözün Vətəni – Qarabağ” müasir poeziya saatı, bir də sonda keçirilən “Vaqiflə səyahət” bədii-musiqili tamaşası nəyə desən, dəyərdi. Artıq Şuşada yaşayan soydaşlarımızın da tədbirlərə qatılması çox fərəhli idi. Əlbəttə, bu səfərin poetik təəssüratları da olacaq. 

Rafiq Yusifoğlu, filologiya elmləri doktoru, professor:

– Bundan öncə doğma yurdum Qubadlıya səfər etmiş, orada möhtərəm Prezidentimizlə görüşüb şəkil də çəkdirmişdim. İnanın ki, bu gün də eyni qürur və fərəh hissləri keçirirəm. Hələ işğal dövründə mənim yazdıqlarımın əsasında “Bütün Azərbaycan əsgər olmalı” və “Qəm karvanı” adlı televiziya tamaşaları çəkilib. Böyük Qələbədən sonra isə “Vətən ətri”, “Zəfər dastanı”, “Şuşa yolu, zəfər yolu” adlı kitablarım çıxıb. Poeziya saatındakı çıxışımız zamanı səsləndirdiyimiz misralar isə hiss və həyəcanlarımın özünəməxsus ifadəsi oldu.

Ramiz Qusarçaylı, AYB Quba bölməsinin sədri:

– Böyük zəfərdən sonra yazdığım “Vətən” poemam paytaxt Bakıda və bölgələrdə dəfələrlə müzakirə olunub. Amma Şuşada çıxış edib şeir söyləmək adama bir ayrı zövq verir. Dostlarımın da buradakı çıxışlarını həyəcansız dinləyə bilmirdim. Vətənpərvərlik davamlı bir mövzudur. Kitabımın üz qabığında da qeyd etdiyim kimi, Vətən haqqında o qədər yazıblar, yazırlar və yazacaqlar ki! Vaqifin ruhu, şəhidlərimizin ruhu şad olsun! 

Xəyal Rza, AYB-nin Mətbuat idmətinin rəhbəri:

– Bu səfərimdə uşaq yaddaşımdan boy göstərən, o vaxt Şuşaya gələrkən buz kimi suyunda ayaqlarımı dondurduğum həmin o Natəvan bulağını tanıdım... Qarabağ mövzusunda mənim ssenarimlə çəkilmiş “Maya” (2023) sənədli və “Allaha salam” bədii filmlərinin bəzi epizodları işğaldan azad olunmuş yerlərdə lentə alınıb. Bilirsiniz, hər dəfə Cıdır düzündə, İsa bulağında olmaq, Şuşada aparılan quruculuq işlərini görmək, şeir məclislərində iştirak etmək böyük xoşbəxtlikdir. Bu səfərdə məni məmnun edən bir də o oldu ki, yenə də Vaqif Poeziya ünlərinin təşkilati işlərini layiqincə yerinə yetirə bildik. 

Polad İbrahimoğlu, şair:

– Təəssüratım zəngindir. Elə bu gün yazdığım bir şeirdə belə misralar var: əzib uşanı gəlirəm, Dünyanın özü məndədir. ıdır düzündə ağladım, Sel daşan gözü məndədir. Burada keçirilən bütün tədbirlər cəlbedici idi. Əslən Qarabağdan olan Seyran Səxavətin, Elçin İsgəndərzadənin, Vaqif Bəhmənlinin xatirələri, söhbətləri ürəyimdə əks-səda verdi. Qayıdanbaş Xankəndidən, Xocalıdan keçməyimiz də ürəyimcə oldu. Bir sözlə, Vaqif Poeziya ünlərinin iştirakçısı olduğumla fəxr edirəm.

İnanırıq ki, artıq tarixə dönmüş ədəbiyyat bayramının təəssüratları gözəl şeirlərə, poemalara, hekayələrə... dönəcək.

Əli NƏCƏFXANLI

XQ

 

 











Mədəniyyət