Küveytin Mutlaa şəhərinin cənubunda çirkab sularının təmizlənməsi stansiyasının və əlaqədar obyektlərin inşası üzrə Türkiyənin inşaat şirkəti ilə 488,9 milyon dollarlıq müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Küveytin İctimai İşlər Nazirliyi məlumat verib.
Nazirliyin sözçüsü Əhməd əs-Saleh bildirib ki, bu müqavilə çərçivəsində ənənəvi və bərpaolunan enerji mənbələrini birləşdirən hibrid sistem tətbiq ediləcək.
Yeni təmizləyici qurğu Mutlaa şəhərinin əhalisinə xidmət göstərəcək və gündə 400 min kubmetr üç mərhələdə təmizlənmiş su istehsal edəcək. Bu su kənd təsərrüfatı məqsədləri üçün istifadə ediləcək.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə