Əlcəzairdə Şuşa haqqında kitab çapdan çıxıb

post-img

Əlcəzairdə akademik Zemfira Səfərovanın “Azərbaycanın musiqi qalası – Şuşa” kitabı çapdan çıxıb

Bu barədə mediada yayılan xəbərdə bildirilir ki, 2024-cü ildə Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan olunması çərçivəsində diplomatik nümayəndəliyimizin dəstəyi ilə AMEA-nın həqiqi üzvü, akademik Zemfira Səfərovanın müəllifi olduğu “Azərbay­canın musiqi qalası – Şuşa” kitabı ərəb dilində bu ölkənin “DJIL Print” nəşriy­yatı tərəfindən nəfis şəkildə çapdan çıxıb.

Kitabda Şuşa şəhərinin 1750-ci ildə Qarabağ xanı Pənahəli Xan tərəfindən əsasının qoyulması, burada Azərbay­canın görkəmli musiqiçiləri, bəstəkar­ları və ifaçılarının yetişməsi haqqında ərəb ictimaiyyətinə müfəssəl məlumat verilir. Bununla yanaşı, bu qədim mə­dəniyyət paytaxtında “Məclisi-üns”, “Məclisi-fəramuşan” kimi ədəbi və mu­siqili məclislərin təşkil edildiyi, “Qara­bağın konservatoriyası” adı verilmiş bu şəhərin 30 ilə yaxın erməni işğalı altında olduğu və 44 günlük Vətən mü­haribəsi zamanı azad edildiyi diqqətə çatdırılır.

Müəllif Şuşanın Azərbaycan, Şərq və bütövlükdə dünya mədəniyyəti üçün əhəmiyyətindən də söz açır.

Kitabda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əli­yevin Şuşanın işğaldan azad olunma­sı münasibətilə xalqa müraciəti də yer alıb.

Qabil YUSİFOĞLU
XQ

Mədəniyyət