ATMU-nun dekanı Türkistan universitetində

post-img

 Türkistan şəhərində (Qazaxıstan) yerləşən Beynəlxalq Turizm və Qonaqpərvərlik Universitetinin instutisional akkreditasiyası keçirilib. Akkreditasiyanın işində ATMU-nun dekanı, dosent Bahadur Bilalov beynəlxalq ekspert statusunda iştirak edib.

 Qeyd edək ki, Türkistandakı universitet 2020-ci ildə Qazaxıstanın İdman və Turizm Nazirliyinin nəzdində yaradılıb.  Bu il ilk məzunları sənayeyə təqdim edəcək. Fəaliyyət göstərdiyi qısa dövrdə nazirliyin dəstəyi ilə geniş maddi-texniki baza, inzibati bina, tədris korpusu və yataqxana, idman kompleksi ilə təmin olunan universitet peşəkar kadr hazırlığında dünyanın qabaqcıl ali məktəbinə çevrilməyi hədəfləyir.

 Qısa müddətdə BMT ÜTT-nin üzvlüyünə qəbul olunan ali təhsil ocağı Türkiyənin YÖK (Yüksək Öyrətim Kurumu) tərəfindən də tanınıb. Universitet akkreditasiyadan yüksək balla keçib.

B.Bilalovun bildirdiyinə görə universitetin uğurlarında tabe olduğu nazirliyin diqqət və yaxından köməkliyi şəksizdir. Nazirlik hər il universitetə 800 tələbə kvotası ayırır və hər tələbə üçün universitetə illik 2200 dollar ödəyir.

 

Z.BƏŞİRQIZI

XQ



Mədəniyyət