Gəncəli sənətkarlar Şekspir festivalında

post-img

Gəncə Dövlət Milli Dram Teatrının direktoru Aqil Bəhramlı və teatrın aktyoru, Avrasiya Teatrlar Birliyinin Azərbaycan üzrə təmsilçisi Yusif Cəfərov XIV Beynəlxalq Şekspir Festivalında fəxri qonaq kimi iştirak ediblər.

Teatrdan bildirilib ki, festivala 16 ölkə­dən 30-dan çox teatr kollektivi qatılıb.

Sənət bayramında ümumilikdə 300-dən çox tamaşa nümayiş olunub.

Teatr təmsilçilərimiz on gün müddə­tində festivalda iştirak edən dünyaşöhrət­li rejissorlar Robert Vilson, Robert Lepaj, Silvu Purcarete ilə, eləcə də Rumıniyanın Teatrlar Birliyinin sədri Dragan Buhagiar­la və Azərbaycanın

Rumıniyadakı səfiri Qüdsi Osmanov və bir sıra teatr xadimləri ilə görüşlər ke­çirib.

Festivalda ölkəmizi təmsil edənlər sırasında Akademik Rus Dram Teatrının direktor müavini, Əməkdar mədəniyyət işçisi İlham Məmmədov və rejissor Tural Vaqifoğlu da yer alıb.

XQ

Mədəniyyət