“Tərəkəmə yurdu”ndan dünyaya pəncərə

post-img

Mədəniyyət Nazirliyinin dəstəyi, “Miras” mədəni irsin öyrənilməsinə kömək İctimai Birliyinin təşkilatçılığı ilə “5-ci Tərəkəmə yurdu” beynəlxalq folklor festivalı başlayıb. Ağsu rayonu Gəgəli kəndindəki folklore-turizm məkanı elat bayramına evsahibliyi edib. 

Türkiyə, Gürcüstan və İtaliyadan qonaqların da qoşulduğu festivala Bakı­dan, Qazax-Tovuz, Lənkə­ran-Astara, Şirvan-Salyan, Gəncə-Daşkəsən, Dağlıq Şirvan, Quba–Xaçmaz, Mil–Muğan, Qarabağ, Mərkəzi Aran, Abşeron–Xızı bölgələ­rindən folklor kollektivlərinin çıxışları ilə zəngindir. Kən­dirbazlar, Zorxana, Oxatma, Çilingağac kimi milli oyunlar göz-könül oxşayır. Festival çərçivəsində rəsm əsərləri, dekorativ sənət nümunələri, kənd məhsullarından ibarət sərgi-yarmarka təşkil edilib. Tanınmış rəssamlar, hey­kəltaraşlar, el sənətkarları, idman ustaları ustad dərs­ləri keçirlər. Axşam saat­larında tərəkəmə həyat tər­zi ilə bağlı filmlər göstərilir, müzakirələr aparılır. 

Onu da deyək ki, qonaq­lar gecəni kənddə əvvəlcə­dən müəyyən edilmiş evlər­də qalıb və ünsiyyət bağları qurublar. Bu gün sübh tez­dən “Tərəkəmə marafonu” və qonaqların “Bel daşı əf­sanəsi” marşrutu ilə hərəkət edəcəkləri nəzərdə tutulur. 

Festivalın bir hədəfi də tərəkəmə həyat tərzinin və köç yollarının UNESCO-nun qeyri-maddi mədəni irs si­yahısına salınmasıdır. 

XQ

Mədəniyyət