Faiq Ələkbərlinin yeni kitabı işıq üzü görüb

post-img

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitabının 2-ci cildinin ikinci hissəsi nəşr olunub. 

Üç cilddə nəşri planlaşdırılan kitabın  2-ci cildinin 2-ci hissəsində  Quzey Azərbaycan türk mütəfəkkirlərinin həm romantizim, həm də tənqidi- maarifçilik fəlsəfəsindən, eyni zamanda bu dövrdə xüsusilə Sovet Azərbaycanı dövründə yaşamış Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhət, Abdula Şaiq, Cəlil Məmməd Quluzadə, Mirzə Ələkbər Sabir, Ömər Xaliq Nemanzadə, eyni zamanda Nəriman Nərimanov, Sultan Məcid Əfəndiyev, Ruhulla Axundov, Heydər Hüseynov, Ziyəddin Göyüşov və başqalarının  elmi- fəlsəfi irsindən bəhs olunur.  

Kitabda istər Azərbaycan Respublikasında yaşayan, istərsə də Güney Azərbaycanda yaşayan yeni nəslə milli fəlsəfi fikir tariximizi, məhz digər yad ideyalardan uzaq, milli idea çərçivəsində təqdim etməkdir.

Nəşr AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilib. Nəşrin elmi redaktorları fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli və fəlsəfə doktoru, dosent Zeynəddin Şabanovdur. Əsərin çapına professor Sakit Hüseynov, qabaqcıl maarif xadimi, dosent Müstəqil Ağayev rəy veriblər.

XQ

Mədəniyyət