Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Qərbi Azərbaycanın şirin inciləri” Qrant layihəsi çərçivəsində “Xanədan” etno-restoranında Azərbaycan Milli Kulinariya Asossiasiyası tərəfindən gənc tələbələrin Qərbi Azərbaycan şirniyyatları üzrə yarışları keçirildi. Tədbirin açılışında AMKA-nın Prezidenti Tahir Əmiraslanov, ADMİU-in Humanitar Kollecin təşkilatçı rəhbəri Günəş Süleymanova, Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarəedilməsi üzrə menecer Fuad Rzazadə, “Vətəndaşların Sosial Rifahi Naminə İçtimai Birliyinin sədri İradə Rzazadə, ADMİU-in nəzdində Humanitar Kollecin müəlliməsi, pedaqoqika üzrə fəlsəfə doktoru Abbasova Gülşən, Turizm Bələdçiləri Assosiasiyasının sədri Tural Musayev çıxışları dinlənildi.
Yarışda Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Humanitar Kollecin, Azərbaycan Turizm və Menecment Universitetinin və Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
komandaları iştirak etdilər. Bir qrup tələbəyə yarışdan əvvəl Qərbi Azərbaycan şirniyyatları üzrə ustad dərsləri də keçirilmişdi. Usta aşpazlar və qənnadçılardan ibarət münsiflər heyətinin qərarı ilə Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 1-ci yerə layiq görüldülər.
Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Humanitar Kollecə isə diplom hədiyyə olundu. Kollecin tələbəsi Fərzəli Sevinc süfrənin təqdimatını etdi. Tədbirdə Məmmədova Ramilə, Fərzəli Sevinc, Məmişova Nəzrin, Həsənova Nuray, Quluzadə Elcan Usta Siniflərin sertifikatıyla mükafatlandırıldılar. Tarverdi Aysu, Nəsirli Məhəmməd, Eyvazov Emin, Əliyev Cəlal bə başqaları Diplomlarla mükafatlandırıldılar.