Braziliyada “denge” qızdırmasına yoluxanların sayı artaraq 5 milyonu ötüb. Xəstəlikdən 3 minə yaxın ölüm halı təsdiqlənib.
Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda ölkə öz tarixinin ən böyük “denge” epidemiyasını yaşayır və xəstəlik bəzi qonşu ölkələrə də yayılır.
Nazirliyik il ərzində yoluxma hallarının sürətli artımını iqlim dəyişikliyi kimi amillərlə əlaqələndirir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2009-cu ildən bəri bu xəstəliyə yoluxma halları kəskin şəkildə artıb. Dünya əhalisinin yarısının “denge” qızdırmasına yoluxma riskinin olduğunu bildirən ÜST bunun çox ciddi problemə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.