Gənc Türk Yazarlar 25 yaş “qocaldılar”

post-img

Türkiyə paytaxtında, TÜRKSOY-un konfrans salonunda DGTYB-nin 25 illik yubileyi qeyd olunub. Beynəlxalq qurumun baş katibi Sultan Rayev qardaş xalqların istedadlı gənclərini bir platforma ətrafında birləşdirən DGTYB-nin fəaliyyətini yüksək dəyərləndirib. 

Yubiley tədbirində çıxış edən Dün­ya Gənc Türk Yazarlar Birliyinin Məs­ləhət Şurasının üzvü doktor Şəmsəddin Kuzəçi, DGTYB-nin qurucusu şair Əkbər Qoşalı, hazırkı başqanı İntiqam Yaşar, Məsləhət Şurasının üzvü, professor Rəs­miyyə Sabir ürək sözlərini söyləyiblər. 

Sonra toplantının panel bölümləri olub. Avrasya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu yubilyar qurumun gör­düyü işlərin Türk dünyası üçün önəmli olduğunu bildirib. “Yerlə göy arasında”, “Altaylardan qopan atlar”, “Şeirlərim”, “Adını çəkirəm” kitabları təqdim olunub. Dünya Söz Akademiyası başqanı profes­sor Hayrettin İvgin və keçmiş millət vəki­li, şair Mehmet Atilla Maraş həmin əsərlər haqqında düşüncələrini bölüşüblər.

Məclisdə həmçinin iştirakçıların bir qrupuna TÜRKSOY-un 30 illik və DGT­YB-nin 25 illik yubiley medalları, plaketlər təqdim olunub. Sonda ünlü türk sənətçisi Kaya Kuzunun ifasında musiqi nömrələri səslənib. 

XQ

Mədəniyyət