Şuşanın növbəti “Xarıbülbül” təntənəsi

post-img

Bu gün “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı yenidən iştirakçıları mədəniyyət paytaxtımız Şuşaya – Cıdır düzünə toplayıb. Özü də budəfəki festivalın səsi-sədası əvvəlkilərdən fərqli olaraq həm Şuşadan, həm də Laçından gəlir.

Zəngin proqramlı “Xarıbülbül” Azər­baycan mədəniyyəti tarixinə qızıl hərflər­lə yazılan səhifədir. Bu festivalın təməli hələ 1989-cu ildə, məşhur xanəndə Se­yid Şuşinskinin 100 illik yubileyi zamanı qoyulub, Qarabağın işğalına qədər hər il keçirilib. 44 günlük Zəfər yürüşün­dən sonra, 2021-ci ilin mayında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xa­rıbülbül” yenidən bərpa olunub. Açılış­larda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Dövlət başçısı ürək sözlərini söyləyib.

Bu il 35 yaşını qeyd edən, sayca 7-ci olan festival da Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutur. Xatırladaq ki, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədə­niyyət paytaxtı” elan olunub. Azərbaycan Prezidenti ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında sərəncam imza­layıb. Öz növbəsində “Xarıbülbül” Bey­nəlxalq Musiqi Festivalı da islam dünyası ölkələri arasında mədəni əlaqələrin in­kişafına töhfələr verəcək. Builki festival iştirakçıları arasında həm də İSESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollek­tivlər dəvət olunublar.

Festival proqramı iştirak edəcək ifaçı­ların zənginliyi ilə yanaşı, həm də reper­tuar və fərqli təqdimatlarla yadda qala­caq. Bu gün Cıdır düzündə “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ili­nin və “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılış konserti keçiriləcək.

Mayın 13-də isə Laçında, Həkəri ça­yının sahilindəki bulvarda davam edə­cək. Orada qonaqlar üçün fərqli ölkələr­dən gələn ifaçıların təqdimatında əlvan proqramlı konsert veriləcək.

Ə.ƏLİYEV
XQ

Mədəniyyət