“Qonaq teatr”ın Sumqayıt qonağı

post-img

Sumqayıt Dövlət Dram Teatrı “Qonaq teatr” layihəsi çərçivə­sində Bakıda Aktyor evində çıxış edib.

Öncə Azərbaycan Teatr Xadimləri İt­tifaqının sədri vəzifəsini icra edən Xalq artisti Hacı İsmayılov Mədəniyyət Nazir­liyi ilə birgə gerçəkləşən layihənin uğur­la davam etdiyini vurğulayıb, Sumqayıt teatrını özünə doğma saydığını deyib və sənət ocağının son illər maraqlı tamaşa­larla çıxış etdiyini qeyd edib.

Sonra yaradıcı kollektiv teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrə­movun quruluşunda dramaturq Əli Əmir­linin akyor taleyindən bəhs edən “20 il­dən sonra” əsərini oynayıb. Tamaşanın quruluşçu rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Rol­larda Əməkdar artistlər Rauf Ağakişiyev, Cəlal Məmmədov, İlahə Səfərova, Xatirə Süleymanova, aktyorlar Mətləb Səfərli, Kamran Muradlı, Məryəm Hüseynli, Eti­bar Əmirov çıxış ediblər.

Tamaşadan sonra ATXİ-nın sədri ta­maşanın müəllifi Əli Əmirliyə Mədəniyyət Nazirliyinin Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirdiyi "Qonaq teatr" layihəsində orijinal ədəbi materiala görə fəxri fərman təqdim edib. Dramaturq layihənin təşkilatçılarına və Sumqayıt Dövlət Dram Teatrının yaradıcı kollektivinə minnətdarlığını bildirib.

Ə.ƏLİYEV
XQ



Mədəniyyət