“Şuşanın səsi – Azərbaycanın səsi” adlı konfrans keçirilib

post-img

Şusa şəhərində Azərbaycan Milli Konservatoriyasının Muğam  (xanəndə) kafedrasının “Səsin tədqiqi elmi laboratoriyası” və “Azerbaijan Voice Orqanization-LLC”nin  birgə layihəsi olan “Şusanın səsi – Azərbaycanın səsi 2” elmi-praktik konfransı keçirilib. Konfrans Ümumdünya Səs Gününə həsr olunub.

Konservatoriyanın mətbuat xidmətindən verilən məlumata görə, konfransda Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor-müəllim heyəti, kafedra müdirləri, eləcə də əməkdar incəsənət xadimləri, xalq artistləri, AMEA-nın əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Tədbirdə “Azərbaycan muğam ifaçılarının səs aparatının akustik və fizioloji xüsusiyyətlərinin tədqiqi”, “Şuşanın təbiəti, səsləri və oxuma mədəniyyəti”, “Qarabağ xanəndəlik sənətinə dair bəzi mülahizələr” və “Azərbaycan muğam xanəndəlik sənəti foniatrik tədqiqatlarda” mövzusunda elmi məruzələr dinlənilib. Sonra musiqi nömrələri səsləndirilib.

İştirakçılar gələcəkdə Şuşada daha böyük elmi tədbirlərin keçirilməsi haqqında fikir və təkliflərini irəli sürüblər. 

 

Rizvan FİKRƏTOĞLU

XQ





Mədəniyyət