Aprelin 7-də Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün “Əlibaba və qırx quldur” tamaşası nümayiş olunacaq.
Teatrdan XQ-yə verilən məlumata görə, ərəb nağılının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.
Aktyorlar tamaşaçılarla ünsiyyət quraraq, uşaqları hadisələrin iştirakçısına çevirirlər.
“Əlibaba və qırx quldur”da rəngarəng musiqi nömrələri və əyləncəli rəqslərdən istifadə olunur.
Anar ƏLİ
XQ