Türkiyənin Xarici işlər naziri Hakan Fidan Türkiyənin terror qruplaşmaları ilə mübarizədə görünməmiş bir səviyyəyə çatdığını açıqlayıb.
“Anadolu” xəbər verir ki, dünən İzmirdə açıqlama verən H.Fidan qeyd edib ki, biz terrorun kökünü tamamilə kəsmək mövzusunda qətiyyətliyik.
Fidan nə Egeydə, nə də Şərqi Aralıq dənizində heç vaxt düşmənçilik yaratmağa çalışmadıqlarını, lakin ölkənin maraqlarını qorumaqdan çəkinməyəcəklərini ifadə edərək terrorun kökünü tamamilə kəsmək mövzusunda qətiyyətli olduqlarını bildirib.
Türkiyəli nazir ədalətli və davamlı sülh əsasında Ukraynadakı müharibəni və Qəzzada törədilən vəhşilikləri sona çatdırmaq mövzusunda səylər göstərdiklərini də qeyd edib.
Nazir Balkanlarda və Cənubi Qafqazda sülh və sabitliyi gücləndirməyə çalışdıqlarını da əlavə edib.
Anar ƏLİ
XQ