“Hava fəvvarəsi – kəlağayıların rəqsi”

post-img

Heydər Əliyev Mərkəzində kinetik heykəlləri və instalyasiyaları (müxtəlif elementlərdən yaranan əsər) ilə məşhur olan amerikalı rəssam Daniel Vurtzelin  hava və yüngül materiallardan istifadə edərək ərsəyə gətirdiyi “Hava fəvvarəsi – kəlağayıların rəqsi” əsəri nümayiş olunur.

Sənətkar bu möhtəşəm əl işi ilə kəlağayıların havada rəqsini ustalıqla təqdim etməyi bacarıb. Rəssamın Heydər Əliyev Mərkəzi üçün hazırladığı bu əsər hava burulğanı və rəngli parçalardan istifadə olunmaqla yaranıb. Burada Azərbaycan bayrağının rənglərindən və kəlağayı ornamentlərindən istifadə olunması rəqsi daha cəlbedici edir. Müəllif bu cür əsərləri işıq, rəng və forma materialları ilə yaradır. 

Daniel Vurtzelin əsərləri dünyanın bir çox rəsm muzey və qalereyalarında – Rodin Muzeyində, Parisdəki Böyük Sarayda, Smithsonian Milli Portret Qalereyasında və başqa yerlərdə sərgilənir. 

S.FİDAN  

XQ

Mədəniyyət