“Muzeydə musiqi” layihəsi

post-img

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsi çərçivəsində martın 13-də muzeydə növbəti konsert keçirilib.

“Elimizə bahar gəlir”adlı konsert proqramı Beynəlxalq Muğam Mərkəzi tərəfindən xanəndələr Nisbət Sədrayeva, Mirələm Mirələmov, Almaxanım Əhmədli, Könül Xəlilzadə, Ariz Hüseynovun iştirakı ilə təqdim olunub. Xanəndələri tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Rəfael Əsgərov, qanun ifaçısı Məhta Məhəmmədəlizadə, nağarada Siyavuş Kərimov müşayiət ediblər.

Böyük maraqla qarşılanan konsert proqramı, həmçinin "Salam, Novruz!" sərgisində nümayiş etdirilən milli musiqi alətləri təsvir olunmuş əsərlər haqqında tematik ekskursiya ilə müşaiyət olunub.





Mədəniyyət