Oman körfəzində İran, Çin və Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri təlimin praktiki hissəsini başa çatdırıblar. Bununla bağlı bu gün Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya Hərbi Dəniz Qüvvələrinin Sakit Okean Donanması gəmilərinin heyətləri - “Varyaq” mühafizə raket kreyseri və “Marşal Şapoşnikov” freqatı Oman körfəzində “Dəniz təhlükəsizlik kəməri 2024” birgə beynəlxalq dəniz təliminin praktik hissəsinin tapşırıqlarını uğurla yerinə yetirib və İranın Çehbehar limanına gəlib”, - məlumatda deyilir.
Müdafiə Nazirliyi qeyd edib ki, bu gün ərzində Çehbeharda təlimə yekun vurulacaq və İran, Çin, Rusiya, eləcə də müşahidəçi ölkələr - Pakistan, Qazaxıstan, Azərbaycan, Oman, Hindistan və Cənubi Afrika Respublikası hərbçilərinin iştirakı ilə bağlanış mərasimi keçiriləcək.
P.ƏMİRCANOV
XQ