Qarabağ Zəfərinin salnaməsi çin dilində

post-img

“Regional İnkişaf” İctimai Birliyi və Bakı Kitab Mərkəzinin birgə təşkil etdiyi mərasimdə Vətən müharibəsində qazanılan Qələbəyə həsr edilən “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının 7 dildə nəşri gənclərin təmsilçilərinə təqdim edilib.

Mərasimdə könüllülər, gənc fəallar, Bakıda təhsil alan çinli tələbələr, qazilər kitabın çin dilindəki nəşri ilə yaxından ta­nış olublar.

Əvvəlcə 44 günlük savaşda qazanı­lan Qələbə və kitabın ərsəyə gəlməsinə həsr olunan videoçarx nümayiş etdirilib.

Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı kitab barədə iştirakçı­lara ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyev ölkəyə rəhbərliyi dövründə xalqına nəyi vəd edibsə, onu sonadək yerinə yetirib. Qarabağ mühari­bəsində tarixi zəfərin müjdəsini də dövlət başçısı 17 il əvvəl vermişdi. Gənclər də Prezidentin qarşıya qoyduğu hədəflərin gerçəkliyinə inanmalı və onların həyata keçirilməsinə dəstək olmalıdırlar. 

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov bildirib ki, Qarabağ­da tarixi qələbəmizdən bəhs edən kitabın 7 dildə nəşr edilməsi ilk belə cəhddir. Onun özəlliyi isə Qarbağda zəfər yürüşü­nün iştirakçıların dilindən nəql olunması­dır. Kitabda şanlı Qələbənin qazanılma­sında dövlət başçısı İlham Əliyevin dərin zəkasının, yenilməz iradəsinin və mahir sərkərdəlik qabiliyyətinin həlledici rol oy­naması aparıcı yer tutur.

Bildirilib ki, kitabda Azərbaycanın Bi­rinci Qarabağ müharibəsində məğlubiyyə­tinin səbəbləri və ölkənin öz torpaqlarını işğaldan azad etmək istiqamətində hə­yata keçirdiyi işlərin geniş təhlili də əksini tapıb. Birinci vitse-prezident Mehriban xa­nım Əliyevanın təşəbbüsü ilə Qarabağda mədəni-tarixi irsin bərpası istiqamətində aparılan genişmiqyaslı işlər barədə oxu­culara ətraflı məlumat verilir. 

“Regional İnkişaf” İctimai Birliyin nü­mayəndəsi Murad Qasımlı, Vətən müha­ribəsi qazisi Qadir Daşdəmirov, çinli tələ­bə Zhikai Cao və başqaları kitabın 7 dildə nəşrinin Qarabağ həqiqətlərini və tarixi qələbəni xarici auditoriyaya çatdırmaqda önəmli vasitə olduğunu bildiriblər. Qeyd edilib ki, Azərbaycan, türk, ingilis, rus, ərəb, fars və çin dillərində nəşr edilən kitab qısa müddətdə ölkəmizlə yanaşı, xaricdə də maraqla qarşılanıb. Hazırda kitab urdu dilində nəşrə hazırlanır.

Mərasim Qələbəmizi vəsf edən bədii hissə ilə davam edib. 

XQ



Mədəniyyət