Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən 2 Fevral Azərbaycan Gəncləri Günü adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan Mətbuata bildirilib ki, əlamətdar gün münasibətilə virtual sərgidə fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr və mövzu haqqında kitablar nümayiş olunur.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb.
XQ