Beynəlxalq Şahmat Federasiyasının (FIDE) fevral ayı üçün reytinq cədvəli açıqlanıb. FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk “onluq”da Azərbaycan şahmatçıları yer almayıblar.
Ötən reytinqlə müqayisədə iki pillə geriləyən Şəhriyar Məmmədyarov (2723) 26-cı sırada qərarlaşıb. Əvəzində Teymur Rəcəbov (2723) 25-ci yerə yüksəlib. Rauf Məmmədov (2651) 88-ci, yenidən "100-lüy"ə dönən Nicat Abasov (2641) 96-cı pilləni tutur.
Siyahıya əvvəlkitək norveçli Maqnus Karlsen (2830) başçılıq edir. ABŞ təmsilçiləri Fabiano Karuana (2804) və Hikaru Nakamura (2788) müvafiq olaraq 2-3-cü yerləri bölüşdürürlər.
Azərbaycanın qadın şahmatçıları arasında Günay Məmmədzadə (2449) 26-cı pillədəki mövqeyini qoruyub. Ülviyyə Fətəliyeva (2384) 65-ci, Gövhər Beydullayeva (2374) 76-cı, Gülnar Məmmədova (2351) 100-cü sırada yer alıb.
XQ