Cəfəri – əridir daşı, zəhəri

post-img

Cəfərinin inanılmaz faydaları var. Buna görə də “göyərtilərin şahı cəfəridir” deyimi boş yerdən yaranmayıb. Cəfəri orqanizmdə bütün zərərli radikalları və metobolizm qalıqlarını zərərsizləşdirən lüteolinlə zəngindir.

Lüteolinin digər fayda­sı iltihab əleyhinə təsiridir. Bircə dəstə cəfəri qan- damar və oynaq iltihabı proseslərini azaldır.

Mütəxəssislərin fik­rincə, cəfəri antioksidant təsiri ilə immuniteti güc­ləndirir. A, C vitaminləri ilə zəngindir. Bu, göyərtidən çox istifadə edənlər nadir halda xəstələnirlər.

Cəfəridə olan K vitamini sümüklərin möhkəmliyini təmin edir. Cəfəri yeməyə vərdiş edənlərin dişləri və sümükləri möhkəm olur. Eləcə də, K vitamini qan laxtalanması prosesini tənzimləyir. Ürək-damar xəstəliklərindən qoruyur.

Orqanizm damarların tamlığını pozan, insult, infarkt riskini artıran homosistein adlı amin turşuzu sintez edir. Cəfəridə olan B 9 vitamini həmin homosisteini nəzarətə götürür, bununla da ürək-damar sistemini ciddi problemlərdən qoruyur.

Göyərtinin faydaları bununla da bitmir, onda olan miristisin orqanik birləşməsi xərçəng əleyhinə təsir edir.

Cəfəri həm də gözəllik, cavanlıq mənbəyidir. Ondan ağardı­cı və ləkə aparıcı xüsusiyyətinə görə, kosmetologiyada müxtəlif maskaların hazırlanmasında istifadə edirlər.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat